Qarabağ Polşada çətinliklə üzləşdi
28 İyul 2010 Çərşənbə 11:35
Qarabağ klubu Polşada çətinliklə üzləşdi. Oyunun keçiriləcəyi Krakov şəhərində leysan yağır.
UEFA Avropa Liqasının üçüncü mərhələsi çərçivəsində Polşanın “Visla” klubu ilə görüşəcək “Qarabağ” klubu artıq Krakov şəhərindədir. Klubdan verilən məlumata görə, Krakov “Qarabağ”ın futbolçularını leysan “qarşılayıb”. “Qarabağ”ın üzvləri leysan yağışa baxmayaraq “Visla”nın stadionunda məşq ediblər. Saat yarım keçən məşq prosesində futbolçularımız xeyli çətinliklə üzləşiblər.

“Qarabağ” bu gün oyunun baş tutacağı stadionda sonuncu məşqinə çıxaraq oyun saatını gözləyəcək.

Xatırladaq ki, “Visla” – “Qarabağ” matçı sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar