"Qarabağ" oyuna hazırdır
17 Mart 2011 Cümə Axşamı 23:13
Ağdam klubu AZAl-a qarşı matça hazırlıq prosesini yekunlaşdırıb
"Qarabağ" AZAl-la oyunun hazırlıqlarını tamamlayıb. Sabah Premyer Liqanın final mərhələsində ilk ev oyununa çıxacaq Ağdam Klubu son məşqini Tofiq Bəhramov adına Respublika stadionunda keçirib.

Bir saat davam edən məşqdə futbolçular yüngül çalışmalar edib. Ardınca "kamp"a toplaşan komanda oyun saatını gözləməyə başlayıb.

Aftandil Hacıyevlə Maksim Medvedevin oyunda iştirak etməyəcəyi dəqiqdir. "İnter"lə oyunda boynundakı zədəni təzələyən Samir Abbasovun taleyinə isə oyun günü aydınlıq gələcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar