Qarabağ növbeti mərhelede!
25 İyul 2013 Cümə Axşamı 23:23
Ağdam temsilçisi Qarabağ klubu Polşada istediyi neticeni elde edib.
Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirində mübarizə aparan təmsilçimiz “Qarabağ” səfərdə meydana çıxıb.
Polşada “Pyast”ın qonağı olan baş məşqçi Qurban Qurbanovun yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunda qazanılan qələbəni (2:1) qorumağa çalışacaqdı. Ağdamlılar bu dəfə də Qlevitse təmsilçisi qarşısında gücünü göstərib, nəyə qadir olduğunu sübut edib.
Belə ki, “Pyast”ın eyni adlı stadionunda keçirilən oyunda təmsilçimiz istənilən nəticəyə nail olub – 2:2.
Matçda hesabı erkən qolla “Qarabağ” açıb. 8-ci dəqiqədə Leroy Corc yerli azarkeşləri məyus edib. Lakin ağdamlılar üstünlüklərini qorumağı bacarmayıblar. Əvvəlcə 29-cu dəqiqədə Mateuş Matras hesaba tarazlıq gətirib. Qoldan 7 dəqiqə sonra Marçin Robak komandamızı ikinci dəfə mərkəzdən başlamağa məcbur edib. Fasiləyə bu hesabla yollana tərəflər ikinci yarının əsas vaxtında da fərqlənə bilməyiblər və oyuna 30 dəqiqə əlavə edilib. Burada isə İlrix Kapolonqo daha yaxşı oynayaraq “Qarabağ”ın bərabərlik qolunu vurub. Həmçinin bu qol təmsilçimizi növbəti mərhələyə çıxarıb.
Qeyd edək ki, III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi "Gefle" (İsveç) - “Anortosis” (Kipr) cütünün qalibi olacaq. Hazırda İsveç klubu kiprliləri minimal hesabla məğlub edir.
“Pyast” (Polşa) – “Qarabağ” (AZƏRBAYCAN) - 2:2
Mateuş Matras, 29, Marçin Robak, 36 - Leroy Corc, 8, İlrix Kapolonqo, 108
DOSTLARINLA PAYLAŞ: