Qarabağ legioner futbolçu axtarır
31 May 2010 Bazar Ertəsi 22:15
Qurban Qurbanov: "Qarabağ komandasında görmək istədiyimiz bəzi gənc futbolçular var".
"Ötən mövsüm ilk yarıda legioner kimi sadəcə Admir Telinin, ikinci dövrədə isə Georgi Adamiyanin xidmətindən yararlandıq. Gürcünü Azərbaycan futbolu üçün yad sima hesab etmək olmaz". Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi "Qarabağ"ın öz yoluna davam edəcəyini bildirib: "Artıq "Qarabağ"ın bəlli sistemi müəyyənləşib. Taktiki yönlərlə yanaşı, klubumuz yerli futbolçularla yanaşı, gənclərə üstünlük verilməsi siyasətinə sadiq qalıb. Qarşıdan gələn mövsümdə də yolumuzu davam etdirəcəyik".

Heyətdə ciddi dəyişiklikərin olmayacağını bildirən Qurbanov yerli və əcnəbi futbolçular transfer edəcəklərini deyib: "Heyətimizdə ciddi dəyişiklik etmək niyyətimiz yoxdur. Təbii ki, heyətə yeni adlar qatmaq niyyətindəyik. Amma biz transfer məsələlərinə olduqca həssas yanaşırıq. Komandada görmək istədiyimiz bəzi gənc futbolçular var. Onlarla yanaşı, yeni legionerlər də görməyimiz mümkündür. Hansı mövqeyə transfer etməyi planlaşdırmışıq. Amma yenə də qeyd etmək istəyirəm ki, biz transfer siyasəti zamanı yanlışlığa yol vermək istəmirik. "Qarabağ"a və Azərbaycan futboluna maksimum fayda verəcək futbolçular əldə etməyə çalışacağıq". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar