Qarabağ klubunun yeni transferi Andrey Rubins
22 İyul 2010 Cümə Axşamı 10:35
Andrey Rubins Qarabağ klubu ilə yeni müqavilə imzalayıb.
Ağdamın “Qarabağ” klubu yeni transfer reallaşdırıb. Latviya yığma komandasının üzvü Andrey Rubins klubla müqavilə imzalayıb.

Futbolçu Avropa kuboklarında uğurlu çıxışına görə bu klubu seçdiyini bildirib. Klubdan verilən məlumata görə, Andrey Rubins uzun müddət klubun düşərgəsində məşq edirdi.

Xatırladaq ki, Andrey Rubins karyerası ərzində İngiltərənin “Kristl Pelas” və “Spartak” klublarının formasını geyinib. Futbolçu Latviya yığmasının heyətində 109 oyunda meydana çıxıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar