Qarabağ klubunun rəqibi müəyyənləşdi
06 Avqust 2010 Cümə 16:55
Təmsilçimiz Qarabağ klubu almanlarla qarşılaşacaq.
Avropa Liqası dördüncü təsnifat mərhələsinə yüksəlmiş təmsilçimiz “Qarabağ”ın rəqibi müəyyənləşib. Bu gün saat 16:30-daİsveçrənin Nyon şəhərində keçirilən püşkatmada komandalar əvvəlcə səbətlərə və qruplara bölünüb.

4-cü qrupda səpələnməmişlər arasında yer alan Ağdam klubunun püşkatma nəticəsində Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə qarşılaşacağı məlum olub.

Qeyd edək ki, matçlar 19 və 26 avqust tarixlərində keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar