Qarabağ klubunu çempion da dayandıra bilmədi
24 Aprel 2011 Bazar 18:44
Ağdam təmsilçisi Qarabağ klubu gürcü futbolçunun qolu sayəsində qızıl medallara şanslarını qorumağı bacarıb.
Bu gün Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulub. Turun ikinci günündə 3 qarşılaşma baş tutub. Bunlardan 1–i ilk, digərləri 2-ci “altılıq” çərçivəsində olub.

İlk olaraq meydana 2-ci “altılıq” komandaları çıxıb. “Qəbələ” MOİK-i, “Gəncə” usə “Turan”ı sınağa çəkib. MOİK qələbə qazana bilmədiyi üçün faktiki olaraq elita ilə vidalaşmaq məcburiyyəti iıə üz-üzə qalıb.

Turun son matçında isə ötən mövsümün mükafatçıları “İnter”lə “Qarabağ” üz-üzə gəlib. Son çempion ən azı bürünc ümidlərini qorumaq üçün qələbə qazanmağa borclu olsa da, meydan sahibləri buna imkan verməyib.

24 aprel

16:00. “Qəbələ” – MOİK - 0:0
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
Cari mövsümdə keçirilən oyunlar – 0:0, 0:3, 1:1

16:00. “Gəncə” – “Turan” - 1:0
QOL: Sabir Allahquliyev, 62
Gəncə. Şəhər stadionu
Cari mövsümdə keçirilən oyunlar – 1:1, 2:1, 1:0

16:30. “Qarabağ” – “İnter” - 1:0
QOL: Georgi Adamiya, 77-p.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
Cari mövsümdə keçirilən oyunlar – 0:1, 1:0, 2:0 ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar