Qarabağ klubuna yeni məşqçi təyin edilib
04 Noyabr 2010 Cümə Axşamı 12:40
Borçe Xristov Qarabağ klubu ilə müqavilə imzalayıb.
Ağdamın “Qarabağ” futbol klubu əcnəbi məşqçiylə müqavilə imzalayıb. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun ANS PRESS-ə verdiyi məlumata görə, makedoniyalı məşqçi Borçe Xristovla klub arasında müqavilə imzalanıb.

Makedoniyalı məşqçi klubda elmi-metodiki işlə məşğul olacaq. Borçe Xristov analitik işləri həyata keçirərək futbolçuların meydanda hərəkətlərini təhlil edəcək. Borçe Xristovun “Qarabağ”a gəlişi ilə klubda çalışan əvvəlki beş məşqçi işindən olmayacaq.

Xatırladaq ki, Borçe Xristovadək məşqçilər korpusunda Qurban Qurbanov, Müşfiq Hüseynov, Çudomir Çakarov, Elxan Həsənov və Elçin Rəhmanov yer alırdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar