Qarabağ klubu zədəli oyunçuların çoxluğundan əziyyət çəkir
05 Dekabr 2009 Şənbə 10:35
Qarabağ klubu zədəli oyunçuların çoxluğundan əziyyət çəkir. Klubun 7 əsas heyət oyunçusu “Qəbələ” ilə oyunda meydana çıxmaya bilər.
"Qarabağ" klubu Unibank Premyer Liqasının XIII turu çərçivəsində "Qəbələ" ilə oyuna hazırlıqlarını sona çatdırıb. Bu arada heyətdə zədəli futbolçuların çox olması texniki heyəti çətin duruma salıb. Peşəkar Futbol Liqasından verilən məlumata görə, Ağdam təmsilçisi zədə səbəbindən Elvin Məmmədov, Maksim Medvedev və Əfran İsmayılovun xidmətindən yararlana bilməyəcək. Kapitan Aslan Kərimov, həmçinin Emin İmaməliyev, Vaqif Cavadov və Vüqar Nadirovun da bazar günü keçiriləcək oyunda oynaması sual altındadır.
“Qarabağ” klubunun daha iki futbolçusu - Qara Qarayev və Tural İsgəndərov isə Almaniyada təlim keçdiklərindən qarşıdakı oyunda komandalarına kömək edə bilməyəcəklər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: