Qarabağ klubu yerini möhkəmlətdi
12 Mart 2011 Şənbə 23:40
Ağdam təmsilçisi Qarabağ klubu “İnter”i öz meydanında məğlub edib.
Unibank Premyer Liqasının XXIII turunda "İnter" klubunun qonağı olan "Qarabağ" rəqibini 2:0 hesabı ilə məğlub etdi. Bununla da Qarabağ turnir cədvəlindəki 3-cü yerini möhkəmlətdi.
"Altılıq"da ilk oyunumuz idi, qalib gəlmək vacib idi. Hər bir xal üçün mübarizə aparmalıyıq. Komandam yaxşı oynadı, futbolçular meydanın hər yerində sonadək mübarizə apardı”. ANS PRESS-in məlumatına görə, bu sözləri oyunu şərh edən "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
“İlk oyunda qələbə qazanmaq yaxşıdır. Çalışacağıq ki, bunu davam etdirək. Oyunun əvvəlində "İnter"ə qarşı oynamaq çətin idi. Lakin öz qol imkanımızı gözlədik və fürsətdən istifadə etdik. "İnter" ötən mövsüm olduğu kimi, bu il də, çempionluğa namizəddir”, - baş məşqçi əlavə edib.
"Qarabağ"ı qələbə münasibəti ilə təbrik edən "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze bildirib ki, Ağdam təmsilçiləri fərdi ustalıqda bəzi futbolçularını üstələyib. ““Qarabağ”ın hücum xətti bizdən daha yaxşı oynadı. Məğlubiyyətdən nəticə çıxaracağıq, oyunumuzu yaxşılaşdıracağıq. Mövsüm hələ qabaqdadır”, - Kaxaber Sxadadze bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: