Qarabağ klubu vetene qayıtdı
09 Avqust 2013 Cümə 13:01
Klubun azarkeşleri komandalarının sevincine şerik olmaq üçün hava limanına axın etmişdi.
Qarabağ artıq İsveçdən səhər saatlarında vətənə dönüb. Futbolçuları azarkeşlər hava limanında coşqu ilə qarşılayıb.
İsveçin Sundsvoll şəhərindən qayıdan Qarabağ klubunun futbolçularını və nümayəndə heyətini gətirən təyarrə hava limanına saat 7:30-da endi. "Qarabağ"ın azarkeşləri komandalarının sevincinə şərik olmaq üçün hava limanına axın etmişdi. Az sayda olmasına baxmayaraq, Qarabağsevərlər klubun ünvanına bəstələr oxuyurdu.
Elə bu zaman "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl çıxışda göründü. Klub nümayəndəsi azarkeşlərlə qucaqlaşaraq sevincini onlarla bölüşdü.
Daha sonra Tahir Gözəl oyunla bağlı təəssüratlarını jurnalistlərlə də bölüşdü: “Bayram günü Azərbaycana gözəl bir hədiyyə verə bildiyimizə görə mən çox sevinirəm. Doğurdan da çox gözəl oyun oldu. Artıq Azərbaycan futbolu Avropada hörmətlə izlənəcək. Şükürlər olsun, böyük sevinclə qayıdırıq. Bu qarşılanmaya görə fanatlara təşəkkür edirik. Biz artıq play-off mərhələsinə getmək istəyirik. Artıq zamanı gəldi”.
Çox keçmədi ki, hava limanından "Qarabağ"ın futbolçuları çıxdı. Azarkeşlər futbolçuları alqışlarla qarşılayaraq onları bir-bir təbrik etdilər.
Xatırladaq ki, "Qarabağ" tarixində 3-cü dəfədir Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanır.
DOSTLARINLA PAYLAŞ: