Qarabağ klubu uduzsa da Avroliqanın qrup merhelesine düşe biler
29 Avqust 2013 Cümə Axşamı 20:50
Qarabağ klubunun qrup merhelesine düşe bilmeyi üçün temsilçiminiz sabah atılacaq püşkatmada bexti getirmelidir.
UEFA diskvalifikasiya edilmiş İstanbul klubu "Fənərbaxça"nı Avroliqanın qrup mərhələsində hansı klubun əvəzləyəcəyi ilə bağlı qərar çıxarıb.

ANS PRESS-in UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Avroliqanın pley-off mərhələsində uduzaraq mübarizəni dayandıran klublar arasından püşk nəticəsində qrupda yerini tutacaq komandanın müəyyənləşdirilməsi qərara alınıb.

Beləliklə "Ayntraxt"-"Qarabağ" cütü də də daxil olmaqla 30 cütdə uduzan komandalar püşkdə iştirak edəcəklər. Qeyd edək ki, "Qarabağ" iki oyunun nəticəsinə görə, bu gün "Ayntraxt"a məğlub olsa püşkatmada iştirak edəcək. Püşk sabah Bakı vaxtı ilə sabah 12:00-da atılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar