Qarabağ klubu Turan klubu ilə görüşə hazırdır
24 Fevral 2011 Cümə Axşamı 21:36
Ağdamlılar bu gün Suraxanı qəsəbə stadionunda 1 saatlıq məşqlə son hazırlıqlarını görüb.
“Qarabağ” klubu “Turan”la oyuna hazırdır. Bu barədə ANS PRESS-ə klubdan məlumat verilib. Məlumata görə, ağdamlılar bu gün Suraxanı qəsəbə stadionunda 1 saatlıq məşqlə son hazırlıqlarını görüb. Qeyd edək ki, “Qarabağ” Tovuz klubuyla cari mövsümdə 3-cü dəfə qarşılaşacaq. Çempionatın ilk dövrəsində Tovuzda baş tutan görüşdə “Qarabağ” Emin İmaməliyevin vurduğu qolla 1:0 qalib gəlib. Azərbaycan kubokunun 1/8 final mərhələsində də tərəflər üz-üzə gəlib. Oyun qolsuz başa çatsa da, penalti seriyasında tovuzlular üstünlüyü ələ ala bilib.
Ümumilikdə isə “Qarabağ” 5 ildir “Turan”a məğlub olmur. Sonuncu dəfə 2006-ci ildə Böyükağa Ağayevin “Qarabağ”a başçılıq etdiyi dönəmdə Tovuzda “Turan” 3:1 hesabı ilə qələbə qazanıb. Həmin tarixdən sonra çempionatda baş tutan 8 görüşdə “Qarabağ” cəmi bir dəfə “Turan”la heç-heçə edib. Qalan görüşlərdə qələbəni təmin edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: