Qarabağ klubu sensasiyaya imza atdı
05 Noyabr 2011 Şənbə 16:46
Çempionluq uğrunda mübarizə aparan Qarabağ klubu autsayderə uduzub.
Unibank Premyer Liqasında XII turun daha bir qarşılaşması sona çatıb. ANS PRESS-in məlumatına görə, “Qarabağ” “Sumqayıt-Şəhər” komandasını qəbul edib. Çempionluq uğrunda mübarizə aparan “Qarabağ” klubu turnir cədvəlinin sonuncu pilləsində qərarlaşın “Sumqayıt Şəhər” klubuna məğlub olub.

Qarşılaşma “Sumqayıt Şəhər”in 2:1 hesablı qələbəsilə yekunlaşıb. “Sumqayıt Şəhər” komandasının heyətində Kamil Nurəhmədov (20-ci dəqiqə), Murad Səttarlı (72 dəq), “Qarabağ”dan isə Leonardo Roşa (90+1) fərqlənib. “Sumqayıt Şəhər” bu qələbə sayəsində aktivindəki xalların sayını 9-a çatdırıb. “Qarabağ” isə 20 xalda qalıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar