Qarabağ klubu şansını bexte bağladı
30 Avqust 2013 Cümə 09:38
Qarabağ klubunun heyecanlı gözleyişi davam edir.
Dünən keçirilən UEFA-nın İşçi Qrupunun yığıncağında Avrokuboklardan iki müddətinə kənarlaşdırılan Türkiyənin “Fənərbaxça” klubunu hansı komandanın əvəzlənməsi proseduru barədə qərar verilib. Belə ki, İşçi qrup “xoşbəxt” komandanın kimliyinə püşk ilə aydınlıq gətirəcək.
ANS PRESS xəbər verir ki, Avropa Liqasının pley-off-unda mübarizəni dayandıran Ağdam təmsilçisi “Qarabağ”da püşk nəticəsində bu hüquqa yiyələnmək şansı var.
Qeyd edək ki, püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Qurban Qurbanovun baş məşqçi olduğu komanda ilə yanaşı 29 klub klubda püşkdə iştirak edəcək: “Qarabağ” (Azərbaycan), “Molde” (Norveç), “Spartak” (Moskva, Rusiya), “Astra” (Rumıniya), “Dila” (Gürcüstan), “Aktobe” (Qazaxıstan), “Nordşelland” (Danimarka), “Stutqart” (Almaniya), “Kukesi” (Albaniya), APOEL (Kipr), “Voyvodina” (Serbiya), “Udineze”, “Sent-Etyen” (Fransa), “Tromse” (Norveç), “Petrolul” (Rumıniya), “Hafnarfjordur” (İslandiya), “Nitsa” (Fransa), “Skenderbeu” (Albaniya), “Partizan” (Serbiya), “Nomme Kalyu”(Estoniya), “Paşinq” (Avstriya), “Minsk” (Belarus), “Jalgiris” (Litva), “Şlensk” (Polşa), ”Feyenoord” (Hollandiya), “Qrasshoppers” (İsveçrə), “Dinamo” (Tiflis, Gürcüstan), “Braqa” (Portuqaliya), “Yablonets” (Çexiya).
DOSTLARINLA PAYLAŞ: