Qarabağ klubu rəqibini darmadağın etdi
16 Fevral 2013 Şənbə 19:43
Milli çempionatda 20-ci turun oyunlarına start verilib.
Bu gün Topaz Premyer Liqasında 20-ci turun oyunlarına start verilib. ANS PRESS-in məlumatına görə, ilk oyun günündə 3 oyun baş tutub.

Turun açılış matçında “Bakı” AZAL-la qarşılaşıb. Paytaxt derbisində 2 cavabsız qolla qələbə qazanan "zolaqlılar" altıncı pilləyə yüksəliblər. İlk altılığa düşməyə çalışan daha bir klub - “Qarabağ” bu tur “Sumqayıt”ı qəbul edib. Ağdam klubu vəsiqəni darmadağınla təmin edib. Son pillədə qərarlaşan çempionatın autsayderi “Kəpəz” isə Bakıda “Rəvan”ı “qəbul edib”. Görüş paytaxt klubunun qələbəsiylə bitib.

20-ci turun qalan görüşləri sabah keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar