Qarabağ klubu Makedoniyaya yollandı
06 İyul 2010 Çərşənbə Axşamı 16:45
Ağdam təmsilçisi Qarabağ klubu "Metallurq"la oyuna hazırlaşır.
Ağdamın "Qarabağ" futbol klubu Avroliqanın 1-ci turunun cavab qarşılaşmasını keçirmək üçün Makedoniyaya yol düşüb. Klubdan verilən məlumata görə, futbolçular dünən Bakıda sonuncu məşqə çıxıblar. Dünən saat 20:00-da Tofiq Bəhramov adına stadionda məşqə çıxan "Qarabağ" saat yarımlıq hazırlıq keçib.

Yüngül isinmə hərəkətlərinin ardından futbolçular ikitərəfli oyun keçiriblər. Hazırlıq prosesində yeni transfer Ansi Aqolinin əzələsini dartması, Ayxan Abbasovun isə topuğunun zədələməsi səbəbindən onlar oyunda iştirak etməyiblər.

Hər iki futbolçu, eyni zamanda son oyunda qırmızı vərəqə alan Admir Teli Makedoniyaya aparılmayıb.
Onlara Bakıda xüsusi məşq keçiriləcək. Xatırladaq ki, ilk oyunda “Qarabağ” Tofiq Bəhramov stadionunda Makedoniyanın “Metallurq” klubunu 4:1 hesabı ilə məğlub etmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar