Qarabağ klubu ilk oyununu evdə keçirəcək
07 Avqust 2009 Cümə 19:55
Qarabağ klubu ilk oyununu evdə keçirəcək. “Bakı” isə İsveçrəyə yollanmalı olacaq.

 

Klublarımızın Avropa Liqasındakı rəqibləri artıq məlumdur. “Qarabağ” avqustun 20-də “Tvente”ni Bakıda Tofiq Bəhrəmov adına respublika stadionunda qəbul edəcək. “Bakı” isə ilk qarşılaşmasını İsvevrədə keçirəcək.

Hollandiyanın “Tvente” və İsveçrənin “Bazel” klubları Avropada kifayət qədər tanınmış klublardır. “Tvente” Çempionlar Liqasında Portuqaliyanın “Sportinq” klubuna məğlub olaraq, Avroliqada mübarizəni davam etdirmək hüququ qazanıb. “Bazel” isə hər iki oyunda 1-0 və 3-1 hesabı ilə İslandiyanın “Reykyavik” klubunu məğlub edərək “Bakı”ya rəqib oldu.

“Rəqiblərimiz çox sürətli və texnikalı futbol oynayır.” Bu fikri ANS PRESS-ə açıqlamasında AFFA-nın rəsmisi Zamiq Hüseynov bildirib. Onun sözlərinə görə, bu rəqiblərlə oynamaq futbolçularımız üçün çox çətin olacaq: “Ancaq onu da yaddan çıxarmayaq ki, “Rusenborq”la qarşılaşmadan öncə də, hamı bədbinliyə qapılmışdı. “Qarabağ” isə gözəl oyunla hamını sevindirdi. Ümid edirik ki, klublarımız yenə də sensasiya edəcəklər“.

AFFA rəsmisinin qənaətinə görə, komandalarımız uğurlu nəticəyə ümid etmək üçün daha bir-neçə futbolçu transfer edərək ehtiyat oyunçular skamyasını zənginləşdirməlidir. /ANS PRESS/.

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar