Qarabağ klubu Brügge ilə qarşılaşacaq
15 İyul 2011 Cümə 22:12
Bunun üçün ilk növbədə Ağdam klubu Qarabağ cavab oyununda da "Streymur"a qalib gəlməlidir.
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. ANS PRESS-in Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, bu yarışdakı təmsilçilərimiz “Xəzər Lənkəran” və “Qarabağ” növbəti mərhələyə çıxmaq üçün müvafiq olaraq “Makkabi” və “Streymur” klublarını üstələməlidir.
III təsnifat mərhələsində klublarımızın mümkün rəqibləri aşağıdakılardır:
“Jelezniçar”/“Şerif” cütünün qalibi “Makkabi”/“Xəzər Lənkəran” cütünün qalibi ilə, “Brügge” – “Streymur”/“Qarabağ” cütünün qalibilə qarşılaşacaq.
Qeyd edək ki, ilk oyunlar iyulun 28-də, cavab oyunları isə avqustun 4-də keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: