Qarabağ klubu Bakıda baza tikəcək
23 Dekabr 2012 Bazar 16:27
Qarabağ klubu növbəti mövsümdən ev oyunlarını Suraxanı qəsəbəsi stadionunda keçirəcək.
“Qarabağ” növbəti mövsümdən ev oyunlarını Suraxanı qəsəbəsi stadionunda keçirəcək. Bunu klubun direktoru Əmrah Çəlikəl “İmarət” fan-klubunun ilin yekunlarına həsr olunmuş tədbirində deyib. Onun sözlərinə görə, həmin arenanı icarəyə götürən “Qarabağ” orada baza inşa edəcək: “Növbəti mövsümdən komanda tam olaraq orada yerləşəcək. Stadionun tribunaları və meydançanın ot örtüyü dəyişdiriləcək. Buna başqa bazada futbolçular üçün otelin tikilməsi də nəzərdə tutulub”.

Qeyd edək ki, “Qarabağ” hazırda ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar