Qarabağ klubu Avroliqa ərəfəsində ağır zərbə aldı
15 İyun 2011 Çərşənbə 11:09
Ağdam təmsilçisi Qarabağ klubu hücumçusu Rauf Əliyev bir aylıq sıradan çıxıb.
Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qarabağ” futbol klubu hazırlıqlarını davam etdirir. ANS PRESS-in “Qarabağ” futbol klubuna istinadən verdiyi məlumata görə, klub Türkiyədə təlim-məşq toplanışındadır.
“Qarabağ” artıq ilk itki ilə də üzləşib. Avro-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin Qazaxıstanla oyununda zədələnən Rauf Əliyevin uzun müddətə sıradan çıxması məlum olub. Artıq 22 yaşlı forvard müayinə üçün İstanbula yollanıb. Yoxlama zamanı Rauf Əliyevin ən azı 2 həftə İstanbulda qalacağı müəyyənləşib. Futbolçu bu müddətdə həkim nəzarətində qalacaq.
Ardınca komandanın düşərgəsinə qoşulacaq hücumçu sağalma mərhələsinini uğurla keçməsini gözləyəcək. Bu müddətin təxminən 10-15 gün davam edəcəyini söyləmək olar. Təxminən 1 ay sonra Rauf Əliyev yüngül məşqlərə başlayacaq.
Avropa Liqası oyunlarında “Qarabağ”ın hücumçu boşluğunu necə dolduracağı və hansı futbolçunu transfer edəcəyi maraqla gözlənilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: