Qarabağ itkilərlə üzləşib
05 Noyabr 2010 Cümə 10:35
Ağdam təmsilçisi Qarabağ bu gün MOİK-lə üzləşir.
Unibank Premyer Liqasının XII turunda MOİK-i qəbul edəcək "Qarabağ" oyunun hazırlıqlarını yekunlaşdırıb. Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda saat 14:00-da keçiriləcək qarşılaşmada mütləq qələbə hədəfləyən Ağdam təmsilçisinin heyətində beş zədəli futbolçu var.

“Qarabağ” futbol klubundan ANS PRESS-ə verilən məlumata görə, Əfran İsmayılov və Samir Abasov trenajor zalında, Andreys Rubins və Emin İmaməliyev isə fərdi proqram üzrə hazırlıq keçirlər. Azərbaycan milli komandasının da şərəfini qoruyan Maksim Medvedevin isə zədəsi davam edir.

Qeyd edək ki, Unibank Premyer Liqasının XII turunun açılış oyunu olan "Qarabağ" - MOİK qarşılaşması "İdman Azərbaycan" kanalı ilə canlı yayımlanacaq. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar