Qarabağ – İnter oyundan sonra dava düşdü
03 Mart 2013 Bazar 23:56
“Qarabağ” – “İnter” oyunundan sonra qalmaqal yaranıb.
Topaz Premyer Liqasının 22-ci turunun mərkəzi oyunundan – “Qarabağ” – “İnter” oyunundan sonra qalmaqal yaranıb. Azerisport.az xəbər verir ki, matç başa çatan kimi, iki komandanın üzvləri arasında dava düşüb.
Davanın daha da böyüməsinə təhlükəsizlik xidmətinin işçiləri və polislər mane olublar. Bu zaman iki nəfərin saxlanıldığı da müəyyənləşib. Belə ki, “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun qardaşı ilə Ağam klubunun sürücüsü polislər tərəfindən bölməyə aparılıb.
Qeyd edək ki, davaya oyunun gedişi zamanı Rəşad Sadıqovla qonaqların braziliyalı hücumçusu Robertinyo arasında yaranan kiçik münaqişə səbəb olub.
Sonda onu da əlavə edək ki, bu qalmaqala görə “İnter”in baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra mətbuat konfransında qatılmaqdan imtina edib.
DOSTLARINLA PAYLAŞ: