“Qarabağ”ın dünya klubları reytinqindəki mövqeyi məlum oldu
03 İyun 2011 Cümə 10:59
Ağdam təmsilçisi 213 pillədədir
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya klublarının növbəti reytinq cədvəlini açıqlayıb. ANS PRESS-in qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, 400 klubun yer aldığı siyahıda Azərbaycandan yalnız “Qarabağ” yer alıb.
Ağdam komandası siyahıda 4 pillə geriləyib. Hazırda 82 reytinq xalına malik “Qarabağ” “Monpelye” (Fransa), “River Pleyt” (Argentina), “Hannover” (Almaniya), “Renn” (Fransa), “San Luis” (Meksika), “Botafoqo” (Braziliya) və “Soşo” (Fransa) klubları ilə birgə 213-cü pillədədir.
Qeyd edək ki, “Qarabağ” ötən siyahıda 209-cu pillədə yer almışdı. Dünya klublarının reytinq siyahısına isə Çempionlar Liqasının son qalibi İspaniyanın “Barselona” klubu başçılıq edir. “Real” (Madrid) 2-ci, Portuqaliyanın “Portu” klubu isə 3-cü pillədədir. İngiltərənin “Mançester Yunayted” və “Mançester Siti” klubları isə müvafiq olaraq 4-cü və 5-ci pilləri bölüşdürürlər.
DOSTLARINLA PAYLAŞ: