"Qarabağ"ın azarkeş dəstəyinə ehtiyacı var
21 Avqust 2010 Şənbə 20:05
Rəşad Sadıqov: "“Neftçi” ilə derbi matçında maksimum 100 azarkeş olur, orda isə 60 min azarkeşin qarşısında oyun göstərməli olduq".
Futbol üzrə Avroliqa turnirinin pley off mərhələsində Almaniyada “Borussiya” (Dortmunt) ilə səfər matçını keçirmiş “Qarabağ” klubu artıq Bakıdadır. Klub üzvləri “Borussiya”ya məğlubiyyətin əsasında azarkeş dəstəyinin də böyük rol oynadığını inkar etmirlər.
“Daha yaxşı oyun göstərə bilərdik. Demək olar ki, biz “Visla” (Polşa) ilə oynadığımız oyunun 50 faizini “Borussiya” ilə oyunda göstərə bildik. Matça pis başlamasaq da, kobud səhvlərimiz oldu. Bu cür rəqiblə kobud səhvdən sonra uğurlu nəticəyə umid eləmək olmazdı. İstərdik ki, azərkeşlərimizin yanına qələbə ilə dönək”,-deyən “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov ANS-ə müsahibəsində buradakı matçlarında azarkeşlərin az olmasından da gileylənib.
“Bizim “Neftçi” ilə derbi matçında stadionda maksimum 100 azarkeş olur. Dünən isə 60 min azarkeşin qarşısında oyun göstərməli olduq. İstər-istəməz bu cür vəziyyətdə futbolçular da həyəcanlanır və oyun istədiyimiz kimi alınmır. Məncə bu normaldır”.
Qeyd edək ki, “Qarabağ” Dortmund təmsilçisi ilə ilk matçında 60 minlik auditoriyaya qarşı oynayıb. Qarşılaşma 4:0 hesabı ilə almanların xeyrinə başa çatıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: