"Qarabağ"ın Avroliqadakı növbəti rəqibi müəyyənləşdi
16 İyul 2010 Cümə 17:05
Ağdam təmsilçisi Qarabağ Litva və Polşa klublarından biri ilə qarşılaşa bilər.
İsveçrənin Nyon şəhərində Avropa Liqasının püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə əsasən “Qarabağ” – “Portadaun” cütünün potensial rəqibləri də müəyyənləşib.

Ağdam təmsilçisi hazırkı rəqibi “Portadaun”u mübarizədən kənarlaşdıra bilsə, növbəti mərhələdə “Şaulyay” (Litva) – “Visla” (Polşa) cütünün qalibi ilə görüşəcək.

Xatırladaq ki, üçüncü turun oyunları avqustun 19-26-da keçiriləcək. anspress



DOSTLARINLA PAYLAŞ:

oyunlar