"Qarabağ"ın Avroliqadakı matçının biletləri satışda
26 İyun 2010 Şənbə 16:10
Azarkeşlər Respublika stadionun kassalarına yaxınlaşa bilərlər
“Qarabağ” futbol klubu Avropa Liqasının I mərhələsindən mübarizəyə başlayır. Ağdam təmsilçisinin rəqibi Makedoniyanın “Metallurq” klubu olacaq.

Klubdan ANS PRESS-ə verilən məlumata görə, “Qarabağ” – “Metallurq” matçının biletləri artıq satışdadır. Matçın biletləri bu gündən etibarən Tofiq Bəhramov adına respublika stadionun kassalarında və “Böyükfırat” restoranlar şəbəkəsində satışa çıxarılacaq. Stadionun bütün sektorlarına bilet qiyməti dəyişməz olaraq 1 manatdır. VİP sektorlarda isə bir yerin qiyməti 10 manatadır.

Xatırladaq ki, “Qarabağ” “Metallurq”la ilk oyunu iyulun 1-də səfərdə, cavab qarşılaşmasını isə bir həftə sonra, iyul ayının 8-də Bakıda keçirəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar