"Qarabağ" "İlin Komandası" elan olunub
16 Dekabr 2010 Cümə Axşamı 23:05
Ağdam klubu qitə turnirində göstərdiyi oyunla Azərbaycanın Avropada tanınmasına şərait yaradıb
Dekabrın 16-da Gəncliyə Yardım Fondunda Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) “Qarabağ” Futbol Klubunu “İlin Komandası” elan edib. AGAT-ın sədri Gülsel Səfərova Avropada ölkəmizi layiqincə təmsil edən “Qarabağ” komandasını Avropa Liqasının pley-off mərhələsinə qədər irəliləyən yeganə Azərbaycan komandası kimi qiymətləndirib. O qeyd edib ki, “Qarabağ” qitənin bir sıra aparıcı komandalarını məğlub edərək ölkəmizin futbol sahəsində Avropada tanınmasına şərait yaradıb.

“Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov gələcəkdə AGAT-la birgə layihələrin keçiriləcəyini, növbəti ildə komandaya legioner futbolçuların cəlb olunacağını, komandanın yeni bazasının tikiləcəyini bildirib. O, gələcəkdə komandanın Azərbaycanın idman şərəfini daha yüksək liqalarda təmsil edəcəyinə əminliyini ifadə edib, bunun üçün azarkeşlərin də dəstəyinə ehtiyac olduğunu vurğulayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar