Qarabağ iki yoxlama oyunu keçirəcək
    31 Yanvar 2013 Cümə Axşamı 12:22
    Oyunlar Türkiyənin Antalya şəhərində olacaq.
    
                	 
    
         Antalyada qış təlim-məşq toplanışını davam etdirən “Qarabağ” klubu daha iki yoxlama oyunu keçirəcək. ANS PRESS-in kluba istinadən verdiyi xəbərə görə, Ağdam təmsilçisi fevralın 1-də Gürcüstanın “Zestafoni”, 2-də isə Moldovanın “Tiraspol” klubu ilə qarşılaşacaq. 
Xatırladaq ki, saat 15:00-da başlayacaq görüşlər Bələkdə, “İC Santai” mehmanxanasının futbol meydançasında baş tutacaq.
DOSTLARINLA PAYLAŞ: