Qarabağ futbolçusunu qovdu
09 İyun 2010 Çərşənbə 17:00
Qarabağ klubu futbolçusunu qovdu. Klub rəhbərliyi Elnur Allahverdiyevlə müqavilə imzalayıb.
Avropa Liqasında Azərbaycanı təmsil edəcək 3 klubdan biri olan Ağdamın "Qarabağ" klubu yeni mövsüm üçün heyəti komplektləşdirməyə davam edir.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, heyətdə çıxış edən bütün futbolçularla artıq yeni müqavilə imzalanıb. Yalnız müdafiəçi Elnur Allahverdiyev klubla danışıqlara gəlməyib. Rəhbərlik müqaviləsi başa çatan 27 yaşlı Elnur Allahverdiyevlə danışıq aparılmamasına və müdafiəçi ilə yolların ayrılmasına qərar verib.

Xatırladaq ki, Elnur Allahverdiyev “Qarabağ”a “Neftçi” klubundan keçmişdi. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar