Qarabağ final mərhələsinə Türkiyədə hazırlaşacaq
23 Fevral 2011 Çərşənbə 21:56
Qarabağ klubu təsnifat mərhələsi başa çatandan sonra qardaş ölkəyə yollanacaq.
"Qarabağ" Premyer Liqanın final mərhələsinə Türkiyədə hazırlaşacaq. Ağdamlılar təsnifat mərhələsi başa çatandan sonra qardaş ölkəyə yollanacaq. Fevralın 25-də XXII tur çərçivəsində "Turan"ı qəbul edəcək komanda ardınca iki gün istirahət edəcək. Ağdamlılar fevralın 28-də Antalyaya yollanaraq, qış fasiləsində təlim-məşq toplanışı keçdikləri "IC Santai" otelində məskunlaşacaq. Toplanış martın 7-dək davam edəcək.

"Qarabağ" 8 gün davam edəcək toplanış çərçivəsində bir yoxlama oyununda qüvvəsini sınayacaq. Yoxlama oyunu martın 6-da keçiriləcək. Amma rəqibin kimliyi hələ məlum deyil. Ağdamlılar 3-4 komanda arasında seçim edəcək. Yoxlama oyunundakı rəqibin Rusiya klubu olması gözlənilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar