“Qarabağ” dünya klublarının reytinqində irəlilədi
05 Sentyabr 2011 Bazar Ertəsi 10:50
Ağdam təmsilçisi İFFHS-in siyahısındakı mövqeyini 23 pillə yaxşılaşdırıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya klublarının yeni reytinq siyahısını açıqlayıb. ANS PRESS-in qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan klublarından reytinq siyahısında yer alan Ağdamın “Qarabağ” klubu mövqeyini bir qədər yaxşılaşdırıb.
Aktivində 70,5 xal olan “Qarabağ” ötən aykı reytinq siyahısı ilə müqayisədə 23 pillə irəliləyib. “Qarabağ” siyahıda “Uiqan”, “Almeriya”, “Tuluza”, “Rusonborq”, “Kalyari” və digər məşhur klubları qabaqlayır. Reytinq siyahısının zirvəsinə gəldikdə isə “Barselona” əvvəlki kimi taxtını heç kimə güzəştə getmək fikrində deyil.
Reytinqinə görə, dünyanın ən güclü klubu olan Çempionlar Liqasının son qalibinin aktivində 331 xal var. İkinci yerdə qərarlaşmış “Real” (Madrid) 309, üçüncü “Mançester Yunayted” 287 xal, dördüncü “Portu” 264, beşinci “İnter” 244, “Şalke” 242, “Vilyareal” 240, “Veles Sarsfild” 237, “Mançester Siti” isə 236 xal toplayıb.
DOSTLARINLA PAYLAŞ: