“Qarabağ” dünya klublarının reytinqində 27 pillə irəlilədi
01 Aprel 2011 Cümə 14:28
Ağdam təmsilçisi hazırda 218-ci yerdə qərarlaşıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya klublarının növbəti reytinq siyahısını açıqlayıb. ANS PRESS-in qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, siyahıda yer alan yeganə Azərbaycan klubu “Qarabağ” ötən ayla müqayisədə reytinq siyahısında irəliləyib.
Aktivində 81,5 reytinq balı olan "Qarabağ" 245-ci pillədən 218-ci pilləyədək yüksələ bilib. Reytinq siyahının zirvəsində İtaliyanın “İnter” klubu qərarlaşıb. “İnter”i müvafiq olaraq “Barselona”, “Real”, “Portu”, “İnternasional”, “Mançester Yunayted”, “Bavariya”, “Zenit”, “Estudiantes” və “Vilyareal” klubları izləyir.
Qeyd edək ki, reytinq siyahısında "Qarabağ" klubu Almaniyanın "Nürnberq", İngiltərənin "Everton", Türkiyənin "Bursaspor" kimi komandalarını geridə qoyub.
DOSTLARINLA PAYLAŞ: