“Qarabağ” Dünya klubları reytinqində 22 pillə irəliləyib
07 Yanvar 2010 Cümə Axşamı 11:45
“Qarabağ” Dünya klubları reytinqində 22 pillə irəliləyib. Ağdam klubu hazırda 227-ci yerdədir.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2009-cu ilin dekabr ayı üçün Dünya klublarının reytinq cədvəlini açıqlayıb.
Reytinqdə Azərbaycanı təmsil edən Ağdamın "Qarabağ" klubu ötən ayla müqayisədə 22 pillə irəliləyərək 227-ci mövqeyə yüksəlib. “Qarabağ” siyahıda Rusiyanın "Dinamo", Belçikanın "Genk", İtaliyanın "Kyevo", Hollandiyanın "Feyenord" kimi klublarını arxada qoyub.
1-ci yerdə İspaniyanın “Barselona”, 2-ci İngiltərənin “Çelsi”, 3-cü yerdə isə “Mançester Yunayted” klubları yer alıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: