Qarabağ dünya futbolundakı mövqeyini itirir
01 İyun 2012 Cümə 15:51
Ağdam təmsilçisi Qarabağ İFFHS-in siyahısında 299-cu pilləyə enib.
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) may ayı üçün klubların növbəti reytinq cədvəlini açıqlayıb. ANS PRESS-in qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, 401 komandanın qərarlaşdığı siyahıda Azərbaycandan yalnız "Qarabağ" yer alıb.
Ağdam təmsilçisi son reytinqdə 19 pillə geriləyərək 299-cu pilləyə düşüb. Aktivində 72,5 xal olan Ağdam təmsilçisi siyahıda “Maynts”, “Feyenoord” və “Hetafe” kimi klubları qabaqlayır. Reytinq siyahısına isə əvvəlkitək "Barselona" başçılıq edir. "Universidad" (Çili) ikinci, Madrid "Real"ı isə üçüncü yeri tutur.
DOSTLARINLA PAYLAŞ: