“Qarabağ” bu gün çempionluğunu rəsmiləşdirə bilər
07 May 2010 Cümə 15:40
Ağdam klununun əvəzedici heyəti “Muğan”la qarşılaşır.
Ağdamın "Qarabağ" klubunun əvəzedici heyətinin çempionluğu növbəti turdan sonra rəsmiləşə bilər.
Komanda bu gün "Muğan"la keçiriləcək oyundan qalib ayrılarsa, Unibank Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatının qalibi olacaq.
Baş məşqçi Elşad Xudadatov vacib oyun öncəsi futbolçuların psixoloji durumunun cox yaxşı olduğunu bildirib. Buna səbəb kimi isə çempionluğun bir addımlığında olması göstərilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: