Qarabağ – Brügge matçının biletləri satışa çıxarılıb
02 Avqust 2011 Çərşənbə Axşamı 10:51
Avqustun 4-də keçiriləcək Qarabağ – Brügge matçına giriş 1 manata olacaq.
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Brügge" ilə qarşılaşacaq "Qarabağ" oyunun hazırlıqlarına start verib.

ANS PRESS-in Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, məşqdə dizindən zədəli olan Vüqar Nadirov iştirak etməyib. Əvəzində, 3 həftədir oynamayan Tural İsgəndərov komanda ilə birgə məşqə qatılıb.

Qeyd edək ki, avqustun 4-də keçiriləcək "Qarabağ" - "Brügge" oyununun biletləri artıq satışdadır. Qiyməti 1 manat olan biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək olar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar