“Qarabağ” – “Brügge” matçı canlı yayımlanacaq
04 Avqust 2011 Cümə Axşamı 10:18
Ağdam təmsilçisi pley-offa vəsiqə qazanmağa çalışacaq
Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının III mərhələsi çərçivəsində cavab görüşünü keçirəcək.

ANS PRESS-in məlumatına görə, “Qarabağ” Belçikada 1:4 hesabı ilə məğlub olduğu “Brügge” klubundan revanş almağa çalışacaq. Komandamıza növbəti mərhələyə vəsiqə qazanmaq üçün minimum qapısını toxunulmaz saxlamaq şərtilə 3 qol vurmalıdır.

Bunun nə dərəcədə real olduğunu isə saat 21:00-da start götürəcək oyun göstərəcək. Yeri gəlmişkən, “Qarabağ” – “Brügge” matçı “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar