“Qarabağ” Britaniyadan möhtəşəm qələbə ilə qayıdır
16 İyul 2010 Cümə 01:40
Hesabda geridə qalan Ağdam futbolçuları Əfran İsmayılovun dublu sayəsində qalib gəlib.
Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının təsnifat raundunun ikinci mərhələsinin ilk oyununu Şimali İrlandiyada yerli “Portadaun” klubuna qarşı keçirib. “Şemrok Park” stadionunda keçirilən qarşılaşmanı Avstriyada olan hakimlər briqadası idarə edib.
Oyunda hesabı meydan sahibləri açıblar. 29-cu dəqiqədə Riçard Leki fərqlənib. Futbolçu qoldan sonra köynəyini çıxardığı üçün sarı vərəqə ilə cəzalandırılıb. Komandalar fasiləyə “Portadaun”un üstünlüyü ilə yollanıblar.
“Qarabağ” ikinci hissənin ortalarında hesabı dəyişə bilib. 67-ci dəqiqədə Əfran İsmayılov bərabərlik qolunu vurub. Əvvəlcə Maksim Medvedev qapıya zərbə endirib. Top qapıçıdan geri qayıdıb və qapıçı Devid Miskelli Əfran İsmayılovun təkrar zərbəsi qarşısında gücsüz olub. “Qarabağ” bununla da kifayətlənməyib. 86-cı dəqiqədə Əfran İsmayılov özünün və komandasının ikinci qolunu vurub.
Beləliklə, “Qarabağ” Britaniyadan əlverişli hesabla qayıdır. Komandaların növbəti qarşılaşması iyulun 22-də Bakıda keçirəcəklər. Oyunu polşalı hakimlər briqadası idarə edəcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlayacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: