"Qarabağ" "Bakı"nı məğlub etdi
20 Oktyabr 2010 Çərşənbə 23:10
Ağdam təmsilçisi rəqibin qapısına iki dəfə yol tapa bilib
Bu gün Unibank Premyer Liqasının IV turundan təxirə salınmış bir oyun keçirilib. T.Bəhramov adına Respublika stadionunda "Bakı" klubunu qəbul edən "Qarabağ" rəqibini 2:0 hesabı ilə məğlub edib. Ağdam təmsilçisinin heyətində dubl edən Georgi Adamiya cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu qələbənin turnir cədvəlində komandasının vəziyyətinin yaxşılaşdırılmasına təsir etdiyini bildirib: “Komandamız yaxşı oyun göstərdi. Bugünkü oyunda qalib gəlməyimiz vacib idi. 3 xal qazanıb turnir cədvəlində vəziyyətimizi yaxşılaşdırdıq. Fikrimcə, layiq olduğumuz qələbəni qazandıq”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar