"Qarabağ" azarkeşlərinə pulsuz bilet paylanır
19 Avqust 2010 Cümə Axşamı 15:05
Ağdam klubu Qarabağı dəstəkləmək istəyən soydaşlarımızın sayı artmaqdadır.
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Siqnal İduna Park” stadionunda “Borussiya” ilə qarşılaşacaq “Qarabağ”ı dəstəkləmək istəyən soydaşlarımızın sayı artmaqdadır. Bunu nəzərə alan AFFA rəhbərliyi əlavə 100 bilet alaraq onlara paylayıb. Buna qədər AFFA tərəfindən azarkeşlər üçün 300 bilet alınıb.

Xatırladaq ki, bu gün saat 00:05-də start götürəcək matç “İdman Azərbaycan” və “AzTV” kanalları ilə canlı yayımlanacaq. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar