“Qarabağ” AZAL-a futbol dərsi keçdi
24 Sentyabr 2011 Şənbə 20:55
Ağdam klubu “təyyarəçi”lərin qapısından 3 qol keçirib.
Futbol üzrə Azərbaycan çempionatının 7-ci turuna yekun vurulub. Hesabat turunun son oyun günündə Unibank Premyer Liqasında Ağdamın “Qarabağ” klubu səfərdə AZAL-la üz-üzə gəlib.

Belə ki, günün ikinci oyununda AZAL Şüvəlanda “Qarabağ”ı qəbul edib. Oyunda ilk qol 3-cü dəqiqədə vurulub. Meydan sahiblərnin oyunçusu Georqi Borihu 3-cü dəqiqədə fərqlənib.

Elə ikinci qolu da meydan sahibləri vurublar. Branislav Arsenyeviç qapıların yerini səhv salıb.

20-ci dəqiqədə isə Georgi Adamiya “Qarabağ”ı hesabda irəli çıxarıb. Gürcü hücümçu oyunun sonlarına yaxın dubla imza atmaqla, komandasına səfərdə 3-1 hesablı qələbə qazandırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar