Qarabağ - Ayntraxt oyunu biletleri satışda
16 Avqust 2013 Cümə 21:48
Qarabağ - Ayntraxt oyunu bilet qiymeti 1-2 manat arasında deyişir.
Avroliqanın plef-off mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq "Qarabağ" - "Ayntraxt" oyunu üçün biletlər satışa çıxarılıb.

Qol.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun biletlərinin qiymətləri də müəyyənləşib.

12-dən 17-yə qədər olan sektorlar üçün biletin qiyməti 2, VİP yerlər üçün 50, qalan yerlər üçün isə 1 manat təşkil edir. Biletləri Respublika stadionun kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" oyunu avqustun 22-si saat 21:00-da başlayacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar