Qarabağ Avroliqaya əlvida dedi
04 Avqust 2011 Cümə Axşamı 23:11
Ağdam klubu Qarabağ Bakıda "Brügge" klubunu minimal hesabla məğlub edib.
Bu gün Avroliqanın III təsnifat mərhələsinin oyunları baş tutub. ANS PRESS-in məlumatına görə, bu mərhələdə Azərbaycanın yeganə təmsilçisi olan Ağdamın "Qarabağ" klubu Tofiq Bəhrəmov adına Respublika stadionunda Belçikanın "Brügge" klubu ilə cavab görüşü keçirib.

Belə ki, ilk görüşünü səfərdə keçirən “Qarabağ” rəqibinə 1:4 hesabı ilə məğlub olub. Növbəti mərhələyə adlamaq üçün isə Qurban Qurbanovun komandası rəqib qapısından 3 cavabsız top keçirməli idi. Lakin rəqibin güclü olması "Qarabağ"ın şanslarını müəyyən qədər azaltdı.

Amma buna baxmayaraq, "Qarabağ" doğma azarkeşlər önündə ən azı minimal hesabla da olsa, qələbə qazanmalı idi. Klub buna da can atırdı, qələbə qazanmağa çalışırdı. Çünki bu ən azından həm komanda, həm də Azərbaycanın reytinq xalı üçün çox əhəmiyyətlidir.

Belə də oldu. Ağdam klubu belçikalı futbolçuların qapısından qol keçirə bildilər. Oyunun sonlarına yaxın, 87-ci dəqiqə də Bəxtiyar Soltanov hesabı aça bildi. Amma təəssüf ki, bu oyunun ilk və tək qolu oldu.

Oyunun “Qarabağ”ın qələbəsi bitməsinə baxmayaraq, bu, qarabağlıların Avroliqada zəfər yürüşünə son qoydu. “Qarabağ” Avroliqanın əsas mərhələsinə keçə bilmədi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar