"Qarabağ" Ağdama gedə bilmədi
05 Aprel 2011 Çərşənbə Axşamı 22:05
Buna səbəb Quzanlıdakı stadionun ot örtüyünün yararsız olmasıdır
Futbol üzrə Azərbaycan Unibank Premyer Liqasının XXVI turunun oyunlarının vaxtı açıqlanıb. Oyunlar aprelin 9-u və 10-da keçiriləcək. Turun mərkəzi qarşılaşması isə Bakıda Ağdamın “Qarabağ” klubu və “Xəzər-lənkəran” komandaları arasında keçiriləcək. Turnir cədvəlinin ikinci və üçüncü pilləsində qərarlaşmış bu komandaların oyunu çempionluq yolunda əsas matçlardan hesab olunur.

Qeyd edək ki, Ağdam klubu “Xəzər Lənkəran”la doğma Quzanlı stadionunda görüşmək istəsə də, bu, baş tutmayıb. Quzanlıdakı stadionun ot örtüyünün yararsız olması və klubların Ağdama getmək istəməməsi səbəbindən oyun Bakıda keçiriləcək.

Turun digər maraqlı oyunu isə paytaxt derbisidir. Belə ki, ilk pillədə möhkəmlənmiş “Neftçi” “İnter”i məğlub etsə, çempionluğa doğru daha bir addım atmış olacaq.


9 aprel (şənbə)

"İnter" - "Neftçi"
"Şəfa" stadionu. Saat 17:00

"Simurq" - MOİK
Zaqatala şəhər stadionu. saat 15:00

"Turan" - "Qəbələ"
Tovuz şəhər stadionu. Saat 15:00

10 aprel (bazar)

AZAL – “Bakı"
Şüvəlan qəsəbəsi, AZAL stadionu. Saat 18:00

"Qarabağ" - "Xəzər Lənkəran"
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 16:00

"Gəncə" - "Muğan"
Gəncə şəhər stadionu. Saat 15:00


DOSTLARINLA PAYLAŞ:

oyunlar