“Qarabağ” adınalayiq pilləyə yüksəldi
18 Dekabr 2010 Şənbə 15:15
Ağdam təmsilçisi “Muğan”ı məğlub edərək turnir cədvəlində 4-cü pilləyə yüksəlib
Bu gün Unibank Premyer Liqasında XVIII turun oyunlarına start verilib. İlk olaraq Ağdamın “Qarabağ” klubu “Muğan” klubunu qəbul edib. Bu oyunda “Qarabağ” klubu inamla mübarizə apararaq rəqibi 2:0 hesabı ilə məğlub edib.

İlk olaraq Rəşad Sadiqov 40-cı dəqiqədə rəqib qapıya yol taparaq “Qarabağ”ı önə keçirir. Vüqar Nadirov isə oyunun 58-ci dəqiqəsində rəqib qapıçını məyus edərək “Qarabağ”ın üstünlüyünü 2 topa çatdırıb.

“Qarabağ” bu qələbə sayəsində aktivindəki xalların sayını 30-a çatdırıraraq turnir cədvəlində 4-cü pilləyə yüksəlib. “Muğan” isə 17 xalla 9-cu pillədə qərarlaşıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar