“Qara qitə”nin ən güclüsü müəyyənləşdi
01 Fevral 2010 Bazar Ertəsi 09:40
Misir yığması Afrika Millətlər Kubokuna sahib çıxıb
Afrika Millətlər Kuboku öz sahibinə qovuşub. Turnirin həlledici oyununda Qana yığması ilə qarşılaşan Misir rəqibini 1:0 hesabilə məğlub edərək ardıcıl 3-cü dəfə “Qara qitə”də ən güclü komanda adına sahib çıxıb.
Misir kollektivi ümumilikdə 7-ci dəfə Afrika çempionu olmaqla yeni rekorda da imza atıb.
Görüşdə yeganə qolu Məhəmməd Naqi Qedo vurub. O, 5 qol vuraraq turnirin bombardiri adına sahib çıxıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: