"Qara qartal" miras sahibi oldu
02 Mart 2010 Çərşənbə Axşamı 19:30
Klubun hesabına 460 min manat köçürülüb
Uzun müddət Türkiyənin “Beşiktaş” klubuna prezidentlik edən Şevket Belginin vəsiyyəti yerinə yetirilib. 2001-ci ildə vəfat edən keçmiş klub rəhbəri mirasının sahibi kimi “Beşiktaş” klubunu göstərmişdi. Onun vəkili İldırım Dəmirörən və klubun vitse-prezidenti Hüsnü Güreli Belginin mirası olan binanın satışından əldə olunan 460 min manat məbləğində pulu klubun hesabına köçürüb.
Bütün varidatını kluba bağışlayan Şevket Belginin yalnız bir şərti olub. Onun mirasından gələn gəlirlə klub üçün onun adını daşıyan bir obyek tikilməlidir. Bu istəyə uyğun olaraq klubun İdarə Heyəti Şevket Belgin adına idman zalının tikilməsi barədə qərar qəbul edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: