Qar ölkə futbolunu da iflic vəziyyətə saldı
06 Fevral 2010 Şənbə 11:30
Unibank Premyer Liqasında XIX turun bütün oyunları təxirə salınıb
Ölkə ərazisində hökm sürən əlvərişsiz hava şəraiti ilə əlaqədar olaraq Unibank Premyer Liqasının təqvimində dəyişikliklər edilib.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, sabah baş tutmalı olan XIX turun bütün qarşılaşmaları fevralın 9-na təyin edilib. Bu turda “Standard” – “İnter”, “Qarabağ” – “Karvan”, “Simurq” – “Xəzər Lənkəran”, “Neftçi” - ”Bakı”, “Muğan” – “Olimpik-Şüvəlan” və “Qəbələ” – “Turan” görüşləri oynanılacaq.

Xatırladaq ki, çempionata Bakının “İnter” klubu liderlik edir. “Bankirlər”in aktivində 39 xal var. “Qarabağ” və “Xəzər Lənkəran” 36 xalla lideri izləyirlər. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar