Qapıçının möhtəşəm oyunu .
14 Yanvar 2013 Bazar Ertəsi 22:13
Peru ilə Uruqvay arasındakı matça Perunun qapıçısı Anqelo Campos damğa vurub
Qapıçının futbol matçında etdiyi hərəkət gündəmə düşüb. ANS PRESS-in məlumatına görə, möhtəşəm hadisə Cənubi Amerikada 20 yaşlı futbolçuların oyununda qeydə alınıb. Peru ilə Uruqvay arasındakı matça Perunun qapıçısı Anqelo Campos damğa vurub.

Oyunun 84-cü dəqiqəsində, uruqvaylı qolçu Qonzalo Bueno Kamposun xətalı çıxışı nəticəsində boş qapı ilə üzbəüz qalıb. Topun qapıya tərəf getdiyini görə, qapıçı atılaraq topu qapı xəttinə çatmamış qaytarıb.

Bu zaman özü qapının toruna çırpılıb. Lakin Bueno təkrar həmlə ilə qapıya çox yaxın topla qol vurmaq istəyib. Qapıçı isə daha bir həmlə ilə yenidən qapıya ötürülən topun qol olmasının qarşısını alıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar